X sosial media platforması bot hesablarını bloklamaq üçün Yeni Zelandiya və Filippində sınaq tətbiqini işə salıb.
X sosial media platformasının “dəstək” hesabından “Not A Bot” adlı yeni abunə metodunun sınaqdan keçirildiyi açıqlanıb.
Açıqlamada bildirilib ki, dünən başlayan tətbiq ilə Yeni Zelandiya və Filippində platformanın üzvü olan istifadəçilərə illik 1 dollarlıq abunə xidməti seçimi təklif edilir.
Telefon nömrəsi ilə yoxlanılacaq
Qeyd olunub ki, bu ölkələrdə yeni istifadəçilər platformaya üzv olmaq üçün əvvəlcə telefon nömrələrini yoxlamalı, sonra isə abunəlik üsulunu seçməlidirlər.
Açıqlamada bildirilirdi ki, illik 1 dollar ödəməklə abunə olmağı seçən istifadəçilər post paylaşmaq, paylaşımları bəyənmək və yazılara cavab vermək kimi əsas funksiyalardan istifadə edə bilərlər.