AK Partiya üzvü Zengin prezident sərəncamı ilə Türkiyədə 3 günlük matəm elan ediləcəyini açıqlayıb.
İsrail ilə Fələstin arasında 12-ci gündür davam edən qarşıdurmalar bölgədə can itkisi, yaralı və dağıntıların sayı artmaqda davam edir.
Oktyabrın 7-də HƏMAS-ın əməliyyatına cavab olaraq İsrailin Qəzzaya başlatdığı hücumun intensivliyi günbəgün artmağa davam edərkən, dünən gecə xəstəxanaya edilən hücumda yüzlərlə mülki vətəndaş həyatını itirib.
AK Partiya üzvü Özlem Zengin prezidentin sərəncamı ilə Türkiyədə 3 günlük matəm elan ediləcəyini açıqlayıb.