USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əfqan Cəlilov yüksək vəzifəyə təyin olundu

01.11.2023 Digər
0 0
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vəzifədən azad edilərək, yeni vəzifəyə təyinat alıb.

Kommersant.az xəbər verir ki, Ə.Cəlilov sözügedən nazirliyin başqa bir strukturunda vəzifəyə gətirilib.

Belə ki, o, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.

Ə.Cəlilov müvəqqəti olaraq Agentliyin sədri vəzifəsini icra edəcək.

Faktı Trend-ə Dövlət Dəniz və Liman Agentliyindən təsdiqləyiblər.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.

  • Əvvəlki

    Kiçik və orta bizneslərin ucuz maliyyə resurslarına çıxışı təmin ediləcək - Mərkəzi Bankdan yeni QƏRAR

Digər xəbərlər