Yaponiyanın 330 metrlik ən hündür göydələni olan "Azabudai Hills Mori JP Tower"ın açılışı olub.
Paytaxt Tokionun Minato rayonunda yerləşən 80 min kvadratmetrlik “Azabudai Hills” kompleksində inşa edilən “Mori JP Tower” açılışı olub.
5 mərtəbə yerin altında və 64 mərtəbədən ibarət olan bina “Yaponiyanın ən hündür göydələni” adını qazanıb.
Hər il 30 milyon ziyarətçinin gözlənildiyi binada mağazalar, ofislər və institutlar, həmçinin Aman Resorts otellər şəbəkəsi və dəbdəbəli rezidensiyalar var.