Birdəfəlik elektron siqaretlərin satışını qadağan edən qanun layihəsi Fransa Milli Assambleyasında yekdilliklə qəbul edilib.
Milli mətbuatda yer alan xəbərə görə, Ekoloqlar Partiyasından Respublikaçı deputat Mişel Lauzzana və Françeska Paskininin Milli Məclisə təqdim etdiyi qanun layihəsi səsvermə zamanı parlamentdə iştirak edən 104 deputatın hamısının “hə” səsini alıb.
Qəbul edilən qanun layihəsi “Puff Bars” kimi tanınan birdəfəlik elektron siqaretlərin satışını qadağan etmək məqsədi daşıyır.
Avropa Komissiyasının 6 ay ərzində qanun layihəsi ilə bağlı rəyini bildirdikdən və qanun layihəsi Senatda müzakirə edildikdən sonra qadağanın 2024-cü ilin yayın sonuna qədər tətbiq olunacağı gözlənilir.
Baş nazir Elisabeth Borne məsələ ilə bağlı əvvəlki açıqlamasında 18 yaşdan kiçik gənclər arasında birdəfəlik elektron siqaretdən istifadənin artdığına diqqət çəkib və bu siqaretlərin qadağan edilməsini "tütünlə mübarizə üzrə milli plan" çərçivəsində gündəmə gətirib.
Borne, aşağı tütün tərkibli bazara çıxarılan məhsulların gənclərə "siqaret vərdişi" verdiyini və bunun qarşısının alınması lazım olduğunu vurğulayıb.
Fransanın səhiyyə naziri Aurelien Rousseau da ölkədəki çimərliklərdə və meşələrdə siqaret çəkilməsinin qadağan ediləcəyini açıqlayıb.