USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ÜST Covid-19-un alt variantını izləməyə başladı

20.12.2023 Digər
0 0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Covid-19-un JN.1 variantını sürətli yayılmasına görə ana nəsil BA.2.86-dan ayrı nəzarət edilməli olan variant kimi təsnif edib.

ÜST-nin verdiyi yazılı açıqlamada bildirilib ki, əldə edilən məlumatlara əsasən, JN.1 variantının hazırda qlobal ictimai sağlamlıq üçün yaratdığı risk “aşağı” hesab olunur.

“Buna baxmayaraq, şimal yarımkürəsində qışın başlaması ilə JN.1 bir çox ölkələrdə respirator infeksiyaların yükünü artıra bilər”, - deyə məlumatda deyilir.

Açıqlamada ÜST-nin məlumatları daim nəzarətdə saxladığı və lazım gəldikdə JN.1 risk qiymətləndirməsini yeniləyəcəyi vurğulanıb.

"Peyvəndlər qorumağa davam edir"

Açıqlamada xatırladılıb ki, hazırkı Covid-19 vaksinləri JN.1 və SARS-CoV-2-nin digər dövriyyədə olan variantlarının yaratdığı ciddi xəstəlik və ölümdən qorunmağa davam edir.

  • Əvvəlki

    Seçkilərdə iştirak edən bütün siyasi partiyalar üçün bərabər şərait yaradılır - Məzahir Pənahov

Digər xəbərlər