USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tələbələr narazıdır - BDU-da istilik problemi var? - FOTO

26.12.2023 Digər
0 0
Artıq 1 aya yaxın müddətdir ki, Bakı Dövlət Universitetində (BDU) istiliklə bağlı problem olması barədə məlumatlar yayılır.

Sosial şəbəkələrdə tələbə və müəllimlər dərs otaqlarının çox soyuq olduğu, bunun tədris prosesinə ciddi əngəl törətdiyi, hətta tələbələrin buna görə dərsdən yayındıqlarını iddia edirlər. Ötən gün isə bir tələbənin dərs otağındakı lövhəyə istilik probleminin həll edilməsi ilə bağlı universitetin rektoruna ərizə yazıması ilə bağlı foto yayılıb.

Məsələ ilə bağlı BDU-nun mətbuat katibi Kəmalə Quliyeva Trend-in sorğusuna cavab olaraq bildirilib ki, universitetin bütün korpuslarında istilik var.