USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sosial ödənişlərin verilməsi niyə gecikir? - RƏSMİ AÇIQLAMA

26.12.2023 Digər
0 0
Bir müddət öncə dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq hər zamankından daha tez - dekabrın 22-nə kimi ödənilib yekunlaşacağı bildirildi. Lakin vətəndaşlar arasında ödənişlərin gecikməsi ilə bağlı şikayətlər səsləndirilir.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ay bitmədən ödənişlər yekunlaşmış olacaq.

"Respublika üzrə pensiyaların ödənişi yekunlaşıb. Digər sosial ödənişlər isə gecikmir, ay sonunda ödənişlər yekunlaşmış olacaq", - deyə qeyd edilib.

Qeyd edək ki, 8 dekabr tarixində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.