USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ “Boeing 737 MAX 9” tipli təyyarələrin uçuşlarını dayandırıb

07.01.2024 Digər
0 0
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) sərnişin təyyarəsinin havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən təcili eniş etməsindən sonra bəzi "Boeing 737 MAX 9" tipli təyyarələrin uçuşlarının müvəqqəti dayandırılmasına qərar verib.

FAA-nın verdiyi açıqlamada, ABŞ hava yolları tərəfindən və ya ABŞ sərhədləri daxilində istifadə edilən bəzi "Boeing 737 MAX 9" tipli təyyarələrin müvəqqəti olaraq yerə endirilməsi əmri veriləcəyi bildirilib.

Açıqlamada qısa müddət ərzində dərc olunacaq "Təcili Uçuşa Yararlılıq Direktivi"nə görə yoxlanılmamış təyyarələrin gələcək uçuşlardan əvvəl yoxlanılmasını tələb edəcəyi və lazımi yoxlamaların təxminən 4-8 saat çəkəcəyi bildirilib.

Açıqlamada bu qərarın dünya üzrə təxminən 171 təyyarəni əhatə edəcəyi qeyd edilib.

"Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsinin gövdəsindən parça qopub.

ABŞ-da Alyaska Hava Yollarına məxsus "Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsi havada olarkən gövdəsinin bir parçasının qopması səbəbindən yanvarın 5-də axşam saatlarında məcburi eniş edib.

  • Əvvəlki

    Novruz çərşənbələrinin tarixi - AÇIQLANDI

Digər xəbərlər