Rusiya bazarında iPhone 12-nin qiyməti üçdə bir ucuzlaşıb. Bu barədə “Hi-Tech Mail.ru” məlumat yayıb.
Media jurnalistləri qeyd ediblər ki, “zaman sınağından keçmiş iPhone”un qiyməti 30 faiz ucuzlaşıb. Satışın başlanğıcında cihazın qiyməti 80 min rubl idisə, 2024-cü ilin əvvəlində onun qiyməti 50-55 min rubla düşüb.
“2020-ci ildə buraxılan iPhone 12 smartfonu hələ də müvafiq qadcet olaraq qalır. O, daha müasir analoqlardan aşağı qiymətinə görə fərqlənir”, - deyə müəlliflər bildirib.
Cihaz OLED ekran və 5G dəstəyi alan ilk münasib qiymətə Apple smartfonu oldu. Qurğu 6,1 düymlük Super Retina XDR OLED displey, Apple A14 Bionic prosessoru, 4 giqabayt operativ yaddaş, hər biri 12 meqapikselli linzalı qoşa kamera ilə təchiz edilib. iPhone 12 həmçinin 2815 milliamper-saat tutumlu akkumulyatorla təchiz edilib.
Martın əvvəlində məlum olub ki, Rusiyada iPhone 14-ün qiyməti ucuzlaşıb.Əgər satışların əvvəlində qurğunun qiyməti 85 min rubl idisə, 2024-cü ilin yazında onu 64 min rubla almaq mümkün olub.