USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Agentlikdən Ukraynada təhsillə bağlı - XƏBƏRDARLIQ

09.04.2024 Digər
0 0
Ukraynada təhsil almaq istəyən tələbələrə birmənalı olaraq həmin ölkədəki universitetlərə getməməyi tövsiyə edirik.

Kommersant.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların Tanınması Departamentinin direktoru Aysel Kərimli deyib.

O qeyd edib ki, bəzi şirkətlər insanları bir növ aldadaraq bu cür müharibə şəraitində olan ölkələrdəki universitetlərə yönəldirlər.

"Biz istərdik ki, vətəndaşlar bu cür hallarda diqqətli olsunlar. Çünki orada olan müharibə şəraiti səbəbindən tələbələr dərslərdə belə iştirak edə bilmirlər. Bu da sonda diplomun tanınmaması problemi yaradır" - Aysel Kərimli bildirib.

A.Kərimli qeyd edib ki, hazırkı müharibə şəraitində universitetə daxil olurlar, sonra yenidən Azərbaycana transfer olmaq istəyirlər: "Bu, birmənalı şəkildə tövsiyə edilmir".

O, diplomatların tanınması məsələsinə də aydınlıq gətirib:

"Müraciətlər daxil olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin diplomları tanınacaq, ya yox?! Bu barədə yaxın günlərdə vətəndaşlara ətraflı məlumat veriləcək. Hansı tarixdən Ukrayna diplomlarının tanınması məsələsinə baxılmayacağı ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq.

  • Əvvəlki

    G7 ölkələrinin yenidən silahlanması üçün 10 trilyon dollar və 10 il lazımdır

Digər xəbərlər