USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Facebook və Instagram-ın sahibi Meta ilə bağlı araşdırma aparır

30.04.2024 Digər
0 0
Avropa İttifaqı (Aİ) Facebook və Instagram-ın sahibi Metaya qarşı platformalarında aldadıcı reklam və dezinformasiya ilə mübarizə kimi sahələrdə Birliyin qaydalarına əməl edilmədiyi səbəbi ilə araşdırma başladıb.

AB Komissiyası, Meta-nın Aİ Rəqəmsal Xidmətlər Aktını (DSA) pozub-pozmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başladığını açıqlayıb:

"Şübhəli pozuntulara Meta-nın xidmətlərindəki aldadıcı reklam və siyasi məzmunla bağlı siyasət və təcrübələri daxildir".

Açıqlamada Meta-nın qarşıdan gələn Avropa Parlamenti (AP) seçkiləri öncəsi effektiv seçki müşahidə sistemi qurmadığı vurğulanıb və şirkətin xidmətlərdə qeyri-qanuni məzmunu qeyd etmək və bildirmək mexanizmlərinin AB qaydalarına uyğun olmadığı qeyd edilib.

Bəyanatda bildirilib ki, komissiya əlavə məlumat və sübutların toplanmasına davam edəcək və bu mərhələdən sonra Meta bu sahələrdə gördüyü tədbirlər barədə məlumat verməlidir.

Aİ-nin qəbul etdiyi qanuna əsasən, əsas rəqəmsal platformalar ciddi qaydalara tabedir. Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər.

AP seçkiləri 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək. Aİ rəqəmsal platformaların seçkilərdən əvvəl saxta xəbərlər və dezinformasiya ilə mübarizədə addımlar atacağını gözləyir.