ABŞ dünyanın ən böyük botnet şəbəkələrindən birinin məhv edildiyini açıqlayıb. Açıqlamada FTB və digər beynəlxalq qurumlarla əməkdaşlıq olduğu bildirilib.
ABŞ Ədliyyə Nazirliyi (DOJ) 5,9 milyard dollar oğurlayan və digər cinayətlərlə əlaqəli olan qlobal zərərli proqram (botnet) şəbəkəsini ləğv etdiyini açıqladı.
Çin vətəndaşı Yun He Wang adlı şəxsin botnet şəbəkəsini yaratmaqda və idarə etməkdə ittiham edildiyini bildirən DOJ, "bəlkə də dünyanın ən böyük botnetini" çökdürmək üçün FTB və digər beynəlxalq qurumlarla əməkdaşlıq etdiyini söylədi.
DOJ-nin bəyanatında bildirilir ki, Wang kompüter fırıldaqçılığı, bank fırıldaqçılığı və çirkli pulların yuyulması üçün sui-qəsddə ittiham olunur.
Wang və komandasına qarşı ittihamlar arasında 2014-2022-ci illər arasında dünya üzrə təxminən 150 serverdən "911 S5" adlı botnet şəbəkəsinin yaradılması və istismarı da olub.
BBC-nin xəbərinə görə, Vanq günahı sübuta yetirilərsə, 65 il həbs cəzası ala bilər.
"O, 200 ölkədə 19 milyondan çox İnternet Protokolu (IP) ünvanına daxil olub"
DOJ bildirib ki, botnet şəbəkəsi 200-ə yaxın ölkədə 19 milyondan çox İnternet Protokolu (IP) ünvanına daxil olub və kiberhücumlar, irimiqyaslı fırıldaqçılıq, uşaq istismarı, təcavüz, bomba təhdidləri və ixrac pozuntuları həyata keçirib.
Yarım milyondan çox saxta işsizlik sığortası iddiasının oğurlanmış IP ünvanlarından qaynaqlandığını bildirən DOJ, bu səbəbdən 5,9 milyard dollardan çox zərərin olduğunu vurğuladı.
Bildirilib ki, Sinqapur və Tailand polisi, həmçinin “Microsoft” şirkəti istintaqa köməklik edib və ümumilikdə 60 milyon dollar dəyərində aktivlərə həbs qoyulub.