USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hindistanda rekord istilər səbəbindən ilk ölüm hadisəsi baş verib

30.05.2024 Digər
0 0
Hindistanın paytaxtı Yeni Dehlidə bu il temperaturun rekord həddə çataraq 52,9 dərəcəyə yüksəlməsindən sonra ilk ölüm hadisəsi baş verib. 40 yaşlı işçinin istidən öldüyü açıqlanıb.

Yüksək temperatur Hindistanda həyata mənfi təsir göstərir. Çərşənbə günü paytaxt Yeni Dehlidə temperaturun rekord həddə - 52,9 dərəcəyə çatması nəticəsində bir nəfər ölüb.

Hindistan mətbuatında yer alan xəbərdə bu ilin ilk istidən ölümün dünən baş verdiyi və 40 yaşındakı bir işçinin isti vurması nəticəsində öldüyü bildirilib.

Dehli Qubernatorluğundan verilən açıqlamada, tikinti sahələrində su və kölgəli ərazilərin təmin edilməsi və yerli vaxtla saat 15.00-a qədər ödənişli məzuniyyət verilməsi ilə işçilərin qorunması üçün tədbirlər görülməsi tapşırıldığı açıqlanıb.

Hindistan Meteorologiya İdarəsi bu gün Dehlidə temperaturun 36 dərəcə, hiss olunan temperaturun isə 37,8 dərəcə olduğunu söyləyib.