USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metaya qarşı senzura ittihamı: Keçmiş işçi məhkəməyə müraciət edib

06.06.2024 Digər
0 0
Meta-nın keçmiş işçisi şirkətə qarşı məhkəmə iddiası qaldıraraq, şirkətin fələstinli fəallara senzura tətbiq etməsi ilə bağlı iddiaları araşdırdıqdan sonra işdən çıxarıldığını bildirib.

Meta-ya qarşı fələstinli fəalların senzura iddialarını araşdıran əməkdaşını işdən çıxardığı əsası ilə iddia açılıb.

ABŞ-ın “NBC News” televiziyasında yayımlanan xəbərə görə, Fələstin əsilli Amerikalı proqram mühəndisi Ferras Hamad Facebook, Instagram, Threads və WhatsApp-ın sahibi Metanın onu qanunsuz olaraq işdən çıxardığı səbəbilə şirkəti məhkəməyə verib.

Açılan iddiada Həmədin vəkilləri mühəndisin "Fələstinli və müsəlman olduğu və fələstinlilərə qarşı senzura iddialarını araşdırdığı üçün şirkət tərəfindən yaxından izlənildiyini, sorğulandığını və işdən çıxarıldığını" qeyd edib.

Vəkillər həmçinin "Həmədin Metanın xroniki və davamlı anti-Fələstin qərəzinin son qurbanı olduğunu" iddia etdilər.