USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada Türkiyədə fəaliyyət göstərən saxta sənəd dəstəsi yaxalanıb

06.06.2024 Digər
0 0
Almaniyada Federal Polis Türkiyədə fəaliyyət göstərən saxta sənəd şəbəkəsinin fəaliyyəti ilə bağlı 3 ştatda reydlər keçirib və 9 nəfər saxlanılıb.

Almaniya Federal Polisi Türkiyədə yerləşən saxta sənəd dəstəsinin fəaliyyəti ilə bağlı genişmiqyaslı əməliyyat keçirib. Federal Polisin verdiyi açıqlamada, Berlin, Brandenburq və Meklenburq-Ön Pommern əyalətlərində 300 polisin vəzifə yerinə yetirdiyi 51 nöqtədə həyata keçirilən reydlərdə iki saxta pasport, dörd yaşayış icazəsi, şəxsiyyət vəsiqəsi və bir sürücülük vəsiqəsinə əl qoyulduğu və Almaniyada oturma icazəsi olmayan 9 nəfərin nəzarətə alındığı bildirilib.

DW Turkish-də yer alan xəbərə görə, saxlanılanlardan 4-nün Suriya, 2-nin Serbiya, 2-nin Vyetnam və 1-nin Qana vətəndaşı olduğu açıqlanıb.

Müsadirə edilən saxta sənədlər arasında İtaliyanın sürücülük vəsiqəsi, Ukraynanın şəxsiyyətini təsdiq edən sənəd, iki Belçika pasportu, iki Almaniyanın yaşayış icazəsi və iki Belçikanın yaşayış icazəsi sənədinin olduğu qeyd edilib. Berlində axtarış aparılan yerlərdən birinin saxta sənədlərin çapı üçün istifadə olunduğu, digər yerlərdə aparılan axtarışlar zamanı isə 12 min 500 avro nağd pul, bazar dəyəri təxminən 240 min avro olan 24 kiloqram marixuana, həmçinin kəpənək cib bıçağı, teleskopik dəyənək, boş patron tapançası və mis düyünlər kimi silahlar aşkar edilib.

Türkiyədən poçtla göndərilib

Qeyd olunub ki, əməliyyat Türkiyədən bütün dünyaya saxta sənədlər təqdim edən dəstə ilə bağlı aparılan araşdırmalar çərçivəsində təşkil edilib.