USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda adambaşına düşən yaşıllıq normadan 5 dəfə azdır

24.06.2024 Digər
0 0
Ekoloji problem hələ də qalmaqdadır.

Kommersant.az xəbər verir ki, bunu ekelologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xankəndidə keçirilən elmi-praktiki konfransda deyib.

O bildirib ki, problemlərin həlli üçün böyük işlər görülməlidir, böyük maliyyə lazımdır:

"Bunlar mərhələli şəkildə həyata keçirilir. Problemlərin həlli üçün yeni texnoloji işlər aparılır. Ətraf mühitə olan risklər də müşahidə olunur. Qanunvericiliyin təkmilləşməsi və maarifləndirmə aparılmasının müsbət nəticələri müşahidə edilir.

Məlumat üçün bildirim ki, Bakıda orta hesabla bir adama 5 kvadrat metr yaşıllıq düşür. Norma burada 20-25 kvadrat metrdir. Görüləsi işlər çoxdur. Yaşıllıqların artırılmasına bütün dövlət orqanları qoşulur. Bu, çox müsbət haldır".