USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

12 minə yaxın uşaq bağçaya qəbul edilib

31.07.2024 Digər
0 0
İyulun 19-dan start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesi davam edir.

Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hazırda ölkə üzrə məktəqədərə təhsil müəssisələrinə sorğuların verilməsi aparılır.

Bu günə qədər ölkə üzrə (Bakı şəhəri istisna olmaqla) ümumilikdə 11285 sorğu təsdiq edilib və həmin sorğular üzrə uşaqlar aidiyyəti bağçalara qəbul ediliblər. 47615 nəfər növbəyə yazılıb. Boş yerlərin sayı 56740-dır.

Qeyd edək ki, təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

  • Əvvəlki

    "Turan Bank"ın müştərlilərə verdiyi kreditlər - ARTIB

Digər xəbərlər

19.09.2024 Digər
Sabah Bakıda yağış yağacaq
0 0
17.09.2024 Digər
Bu ərazidə işıq olmayacaq
0 0