USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amerika və Britaniya aviaşirkətləri İsrailə uçuşları ləğv etdi

01.08.2024 Digər
0 0
İsrail mətbuatında Amerika və İngiltərənin bəzi hava yolları şirkətlərinin artan təhlükəsizlik böhranı səbəbindən İsrailə uçuşları ləğv etdiyi bildirilib.

Kommersant.az xəbər verir ki, bu barədə İsrail ordusu radiosu da məlumat verib.

Bildirilib ki, ABŞ-ın Delta və United ilə British Airways aviaşirkətləri İsrailə uçuşları ləğv ediblər.

Çərşənbə axşamı İsrailin Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürün həlak olmasından sonra uçuşların ləğv edildiyi vurğulanıb.

Delta Hava Yolları İsrailə uçuşları avqustun 2-dək, Nyu-York ilə İsrail arasında həftədə 14 uçuş həyata keçirən United Airlines isə avqustun 6-dək İsrailə uçuşları dayandırıb.

Times of Israel xəbər saytı, bu ləğvlərin on minlərlə israillinin ABŞ-da qapalı qalmasına səbəb olacağını bildirərək, “dünyanın ikinci və üçüncü ən böyük hava yolu şirkətləri" United və Delta-nın uçuşların ləğv edilməsinin, digər aviaşirkətlərin də ləğv dalğasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bazar ertəsi Avstriya və Lufthansa da İsrailin Tel-Əvivdəki Ben Qurion hava limanına uçuşları müvəqqəti olaraq ləğv etdiklərini açıqlayıb.