USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pakistanda ilk meymun çiçəyi hadisəsi

16.08.2024 Digər
0 0
Konqo Demokratik Respublikası və qonşu ölkələrdə görülən və İsveçdə aşkarlanan ilk hadisə ilə Afrika qitəsindən kənarda yayılan meymun çiçəyi virusu bu dəfə Pakistanda görüldü.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan meymun çiçəyi virusu səbəbindən son iki ildə ikinci dəfə qlobal ictimai sağlamlıq vəziyyətində fövqəladə vəziyyət elan etdiyi halda, meymun çiçəyi virusu Afrika qitəsindən sonra Avropaya yayılıb və birinci İsveçdə meymun çiçəyi xəstəliyi təsdiqləndi.

Pakistanda 3 nəfərdə görülüb

İsveçdən sonra ilk meymun çiçəyi hadisəsi Pakistanda qeydə alınıb. Ölkənin Hayber Paxtunxva əyalətində 3 nəfərdə meymun çiçəyi aşkarlanıb. Pakistandan verilən açıqlamada meymun çiçəyi diaqnozu qoyulan şəxslərin Birləşmiş Ərəb Əmirliklərindən Pakistana gəldiyi qeyd edilib.

Khyber Pakhtunkhwa Sağlamlıq Xidmətləri Baş Direktoru Səlim Xan mövzu ilə bağlı açıqlamasında iki nəfərdə meymun çiçəyinin təsdiqləndiyini, lakin üçüncü şəxsdən alınan nümunələrin paytaxt İslamabaddakı Milli Sağlamlıq İnstitutuna göndərildiyini bildirib. Xan əlavə edib ki, hər üç nəfər karantinə alınıb.

Pakistanda əvvəllər də meymun çiçəyi halları aşkarlanıb, lakin onun hansı variant olduğunu müəyyən etmək mümkün olmayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, Konqo Demokratik Respublikasında epidemiyanın başladığı 2023-cü ilin yanvar ayından bu yana, çoxu uşaqlardan ibarət 27 min meymun çiçəyi hadisəsi aşkar edilib və 1100 nəfər ölüb.

  • Əvvəlki

    Yaponiyada "Ampil" tayfunu xəbərdarlığı

Digər xəbərlər

19.09.2024 Digər
Sabah Bakıda yağış yağacaq
0 0
17.09.2024 Digər
Bu ərazidə işıq olmayacaq
0 0