Avqustun 9-da Venesuelada 10 gün bağlanan sosial media platforması X-in yenidən açılması üçün müxtəlif sənədlərin təqdim edilməsi tələb olunub.
Milli mətbuatda dərc olunan xəbərlərdə nazir Nanezin X-dən tələb etdiyi sənədlər arasında şirkətin idarə heyətinin rəsmi təqdimatı və X-in Venesueladakı nümayəndəsinin kim olduğuna dair bildirişin olduğu qeyd edilib.
X-in Venesuelada yenidən aktivləşməsi üçün qanunların əhəmiyyətini vurğulayan Nanez, "Hələ də onlardan məsuliyyət götürmələrini gözləyirik. Əgər Venesuela qanunlarını qəbul edib qanunlara əməl etsələr, platforma yenidən açılacaq" deyib.
Nanes bildirib ki, X öz öhdəliklərini yerinə yetirməsə, Venesuelada yeni sosial media platformaları işə salına bilər.