Fransa M pox (mpox) virusunun aşkar edildiyi Afrika ölkələrinə 100 min doza peyvənd verməyi öhdəsinə götürüb.
Fransanın Baş naziri Qabriel Attal X hesabında etdiyi paylaşımda Fransada M pox virusuna qarşı 232 peyvənd mərkəzinin açıldığını və xəstəlikdən ən çox təsirlənən ölkələrə 100 min doza peyvənd söz verildiyini açıqladı.
Attal bildirib ki, Fransa səhiyyə sistemi virusa qarşı hazır vəziyyətdədir.
Fransanın baş naziri Attal qeyd edib ki, prezident Emmanuel Makronun göstərişinə əsasən, Avropa İttifaqı (Aİ) vasitəsilə virusdan ən çox təsirlənən ölkələrə 100 min doza vaksin çatdırılacaq.
Fransada M pox virusu hələ aşkar edilməyib.
Aİ avqustun 15-də virusdan təsirlənən Afrika ölkələrinə təxminən 200 min doza peyvənd bağışladığını açıqlayıb.