Braziliya Ali Məhkəməsinin 5 nəfərdən ibarət heyəti bu gün keçirilən səsvermə ilə hakim Alexandre de Moraesin X-ə verdiyi giriş qadağası qərarını təsdiqləyib.
Bu gün Ali Məhkəmədə Braziliyada X sosial media platformasına giriş qadağası ilə bağlı səsvermə keçirilib. Səsvermədə Məhkəmənin 5 nəfərdən ibarət heyəti şənbə günü hakim Alexandre de Moraesin qərarı ilə X-a qoyulan qadağanı təsdiqləyib.
Onlayn səsvermədən sonra qəbul edilən qərara əsasən, X əmrlərə əməl edənə və keçən həftə 3 milyon dollardan çox olan ödənilməmiş cərimələri ödəyənə qədər bloklanmağa davam edəcək. Səsvermə həmçinin Moraesin “X-ə daxil olmaq üçün VPN-dən istifadə edənlər üçün gündə 8,874 dollara qədər cərimə” qərarını təsdiqləyib.
Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraes şirkət dezinformasiya ilə mübarizə üçün ölkəyə qanuni nümayəndə təyin etməkdən imtina etdikdən və şənbə gününün erkən saatlarında X-ə giriş bağlandıqdan sonra cümə günü ölkədə platformanın qadağan edilməsinə qərar verib.