USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

10.09.2024 Digər
0 0
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, havanın temperaturu gecə 19-22°, gündüz 28-33° olacaq. Atmosfer təzyiqi 758 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 32-37°, dağlarda gecə 11-16°, gündüz 20-25° olacaq.

  • Əvvəlki

    Emin Əmrullayev BDU-da aşkarlanan qüsurlara - AYDINLIQ GƏTİRİB

Digər xəbərlər

19.09.2024 Digər
Sabah Bakıda yağış yağacaq
0 0
17.09.2024 Digər
Bu ərazidə işıq olmayacaq
0 0