USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah 34 dərəcə isti olacaq

12.09.2024 Digər
0 0
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 20-24°, gündüz 28-31° olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 30-34°, dağlarda gecə 9-14°, gündüz 14-18° olacaq.

  • Əvvəlki

    Azərbaycanda 8 ayda neçə mln. ƏDV geri qaytarılıb?

Digər xəbərlər

19.09.2024 Digər
Sabah Bakıda yağış yağacaq
0 0
17.09.2024 Digər
Bu ərazidə işıq olmayacaq
0 0