USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aeroport yolundakı qoşa xətt silinir

30.09.2024 Digər
0 0
Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində hər iki istiqamətdə nişanlanma xətlərində dəyişikliklər edilir.

AYNA-nın məlumatına əsasən, yolun 11 km hissəsində zolaqlar bərpa olunub:

“Uzun illərdir qanunvericiliyin tələblərinə uyğun olmayan və sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə əvəz olunur. Bu dəyişikliklər yolda nəqliyyat vasitələrinin nizamlı hərəkətinə və təhlükəsizlik səviyyəsinin artmasına imkan verəcək. Daha əvvəl sürücülər yalnız icazə verilən məhdud yerlərdə yerdəyişmə edə bilirdilər ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırırdı.

Artıq Sabunçu yol qovşağı istiqamətində işlər yekunlaşıb. Görülən işlər çərçivəsində üfüqi nişanlanma xətləri də yenilənib”.

  • Əvvəlki

    Kolleclərə direktor müavinləri təyin olundu

Digər xəbərlər

27.09.2024 Digər
Bu yol bağlanacaq
0 0
27.09.2024 Digər
Sabah 26 dərəcə isti olacaq
0 0