İranda uçuşların təhlükəsizliyi ilə əlaqədar tətbiq olunan məhdudiyyətin aradan qaldırılması ilə ölkə səmasında uçuşlar bərpa olunub.
Kommersant.az-ın məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazərlu deyib.
Onun sözlərinə görə, bütün hava yolları şirkətləri bu gün yerli vaxtla 05:00-dan etibarən uçuşları həyata keçirməyə başlayıblar.
Yazərlu bildirib ki, sərnişinlər aeroportlara getməzdən öncə, uçuşla əlaqədar hava yolları şirkətləri ilə əlaqə saxlaya bilərlər.
Əlavə edək ki, İranın Mülki Aviasiya Təşkilatı 1 oktyabrdan 3 oktyabr 05:00-dək İran səmasında uçuşların ləğv edildiyini elan edib.
Qeyd edək ki, 1 oktyabrda İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) “Doğru Vəd 2” adlı əməliyyatda İsrailə onlarla ballistik raket atdığını elan edib. Raket hücumunun nəticələri haqda hələlik rəsmi məmulat yoxdur.