USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Muxtar Babayev: “Azərbaycanda iqlimlə bağlı risklər idarə olunacaq”

18.10.2024 Digər
0 0
Azərbaycanda iqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatlar hazırlanıb.

Kommersant.az xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf" forumunda deyib.

Onun sözlərinə görə, bu təlimatlar ekoloji, sosial və idarəetmə amillərinin Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən hazırlanmış strategiyalara inteqrasiyasını dəstəkləyir: “Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlanılıb. AMB tərəfindən dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar ilə birlikdə taksonomiyanın ilkin versiyasi üzrə məsləhətləşmələr keçirilib. Növbəti mərhələdə taksonomiyanın yekun layihəsinin təsdiq olunması üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur".

M. Babayev bildirib ki, eyni zamanda "yaşıl istiqraz"lar sahəsində qabaqcıl beynəlxalq təcrübəni hərtərəfli nəzərdən keçirərək qlobal səviyyədə tanınmış standart və prinsiplərə uyğunluğu təmin edən hüquqi baza hazırlanıb: "Artıq layihə hökumətə təqdim olunub".

Nazir, ölkədə fəaliyyət göstərən maliyyə institutlarının potensialının gücləndirilməsi məqsədilə qlobal maliyyə təşkilatları (Dünya Bankı, IFC, EBRD, Ernst & Young və s.) ilə əməkdaşlıq çərçivəsində bir sıra seminarlar, sessiyalar və təlimlərin təşkil edildiyin diqqətə çatdırıb.