USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda kafe və restoranların dövriyyəsi - ARTIB

04.11.2024 Digər
0 0
2024-cü ilin yanvar-sentyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi artıb.

Bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə ictimai iaşə dövriyyəsinin həcmi 10,1 faiz artaraq 1 milyard 146,3 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 664,7 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,0 faizini təşkil edib.