USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ “Meta”nı €798 milyon cərimələyib

15.11.2024 Digər
0 0
Avropa Komissiyası antiinhisar qanunlarını pozduğuna görə “Meta” korporasiyasını 797.72 milyon avro məbləğində cərimələyib.

Araşdırma zamanı tənzimləyici müəyyən edib ki, “Meta” Avropa İqtisadi Birliyinin sosial şəbəkə və reklam bazarlarında dominant oyunçudur və öz mövqeyindən sui-istifadə edir.

Nəticədə şirkət onlayn reklam sahəsində Aİ-nin antiinhisar qanunlarını pozmaqda təqsirli bilinib.