Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 139 milyon 69 min ABŞ dolları dəyərində 24 464 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Bu barədə Kommersant.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 65 milyon 419 min ABŞ dolları (88,8%), həcm baxımından isə 11 260 ton (85,2%) çoxdur.
10 ayda kərə yağı və süddən hazırlanmış digər yağların idxalı ölkənin ümumi idxalının 0.84%-ni təşkil edib.