USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

03.12.2024 Digər
0 0
Avqust ayından etibarən "BakıKart" tətbiqində texniki nasazlıq yaranıb. Problemin yaranmasından 3 aya yaxın vaxt keçsə də, hələ də tətbiq istifadəyə verilməyib.

Kommersant.az "BakıKart"ın fəaliyyətinin nə vaxt bərpa ediləcəyini öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, “BakıKart” tətbiqində təkmilləşdirmə işləri davam etdirilir: "Tətbiq yaxın günlərdə istifadəyə veriləcək".

Qeyd edilib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib:

“Mobil tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər.Sərnişinlər ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, BirBank və M10 tətbiqlərində QR yartamaqla) istifadə edə bilərlər”.//modern.az

  • Əvvəlki

    Artan qeyri-müəyyənliklər fonunda qlobal iqtisadi artım davam edib

Digər xəbərlər

03.12.2024 Digər
Sabah hava necə olacaq?
0 0
29.11.2024 Digər
Dekabrda hava necə olacaq?
0 0
29.11.2024 Digər
Yanvarın 29-u iş olmayacaq
0 0