Bir neçə ildir ki, metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmur.
Bəs bu il necə olacaq?
Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu il də Yeni il yarmarkalarının təşkil edilməsi gözlənilmir.
Qeyd edək ki, bir neçə il qabaq Bakıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə metrostansiyaların qarşısında bayram yarmarkaları qurulurdu.