USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Sağ qalanlar var…” - Təyyarə qəzası ilə bağlı AZAL-dan AÇIQLAMA

25.12.2024 Digər
0 0
Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı AZAL açıqlama yayıb.

Kommersant.az-a daxil olan açıqlamada qeyd olunur ki, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub:

“Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir”.