USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazaxıstandakı Baş Konsul qəza yerinə - GEDİR

25.12.2024 Digər
0 0
Hazırda təyyarə qəzasının baş verdiyi əraziyə gedirik.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı APA-ya açıqlamasında bildirib.

"İlkin heç nə deyə bilmərik. Əməkdaşlarımız ordadır, mən də ora gedirəm. Hələ heç nə deyə bilmirik", - o qeyd edib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

"Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir", - açıqlamada qeyd olunub.