İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhəri yaxınlığında polis təlim təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb, 3 ekipaj üzvü həlak olub.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran Polisinin İctimaiyyətlə Əlaqələr Bölməsi Rəşt şəhəri yaxınlığında təlim təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verib.
Açıqlamada qeyd edilib ki, Rəşt şəhəri yaxınlığında qəzaya uğrayan yüngül tipli təlim təyyarəsində pilot, ikinci pilot və uçuş mühəndisindən ibarət üç nəfərlik ekipaj həyatını itirib.
Qəzaya səbəbin texniki nasazlıq olduğu bildirilsə də, təyyarənin modeli ilə bağlı məlumat paylaşılmayıb.