USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıya qar yağacaq - XƏBƏRDARLIQ

26.02.2025 Digər
0 0
Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.

Kommersant.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

"Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu -1 dərəcədən -3 dərəcəyədək olacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var",- deyə məlumatda qeyd edilib.