USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

03.03.2025 Digər
0 0
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Kommersant.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, 3-dən 4-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcədən +3 dərəcəyədək, gündüz +4 dərəcədən +8 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə -3 dərəcədən +2 dərəcəyədək, gündüz +8 dərəcədən +13 dərəcəyədək, dağlarda gecə -7 dərəcədən -12 dərəcəyədək , gündüz -3 dərəcədən +2 dərəcəyədək olacaq.