USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Albaniya TikTok-a 1 il qadağa qoyub

06.03.2025 Digər
0 0
Albaniya TikTok-u bir il müddətinə qadağan etmək qərarına gəlib. Bu qərar ölkədə 65 min valideynlə məsləhətləşmələrdən sonra qəbul edilib. Qadağa 14 yaşlı tələbənin sosial mediaya görə həyatını itirməsindən sonra gündəmə gəlib. Yetkinlik yaşına çatmayan istifadəçilər üçün təhlükəsizlik tədbirləri görülənə qədər TikTok qadağan ediləcək.

Albaniya hökuməti Çində yerləşən TikTok sosial media platformasını bütün ölkə ərazisində bir il müddətinə qadağan etmək qərarına gəlib. Albaniyanın Təhsil və İdman Naziri Ogerta Manastirliu, Nazirlər Şurasının iclasından sonra verdiyi açıqlamada, 2024-cü ilin noyabrından etibarən TikTok-a müvəqqəti qadağanın təsdiqləndiyini bildirdi. Nazir Manastirliu bildirib ki, qərar 65 min valideynlə müzakirələrdən sonra qəbul edilib.

Nazirlikdən verilən açıqlamada bir neçə gün ərzində platformaya girişin bloklanacağı və qadağanın TikTok yetkinlik yaşına çatmayan istifadəçilər üçün təhlükəsizlik və yaş standartlarını tətbiq edənə qədər davam edəcəyi açıqlanıb.

Nə baş vermişdi?

TikTok qadağasının səbəbi 18 noyabr 2024-cü ildə Tirandakı Fan Noli İbtidai məktəbində başqa bir şagird tərəfindən bıçaqlanaraq öldürülən 14 yaşlı Martin Caninin ölümü göstərilir. Tələbələr arasında mübahisənin sosial media platformasında başladığı iddia edilib.

Bu hadisədən sonra Albaniyanın baş naziri Edi Rama açıqlamasında TikTok-un 2025-ci ildə bir il müddətinə qadağan ediləcəyini bildirib.