Bu ilin yanvar-fevral aylarında Azərbaycana 288,9 milyon ABŞ dolları dəyərində 16 758 ədəd avtomobil idxal olunub.
Bu barədə Kommersant.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 41,3 milyon ABŞ dolları və ya 16,7%, həcm baxımından isə 3 459 ədəd və ya 26% çoxdur.
Dövr ərzində ölkəyə 8,9 milyon ABŞ dolları dəyərində 106 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 255,9 milyon ABŞ dolları dəyərində 15 309 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.