USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bəzi içkilərin reklamına dair yeni qadağalar qoyulur

18.03.2025 Digər
0 0
Şərabçılıq məhsullarının reklamına dair qaydalar dəyişir.

Kommersant.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Üzümçülük və şərabçılıq haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 %-dən yuxarı olan şərabçılıq məhsullarının reklamını yerləşdirə bilməyəcək.

Bundan əlavə “Reklam haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin reklamını yerləşdirə bilməyəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Digər xəbərlər

18.03.2025 Digər
Sabahın hava - PROQNOZU
0 0
17.03.2025 Digər
Bu həftə 3 gün işləyəcəyik
0 0
10.03.2025 Digər
Dumanlı hava 4 gün davam edəcək
0 0
06.03.2025 Digər
Albaniya TikTok-a 1 il qadağa qoyub
0 0
06.03.2025 Digər
Sabahın hava - PROQNOZU
0 0