USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin kosmosa internet sınaq peyki göndərdi

01.04.2025 Digər
0 0
Çin kosmosa peyk internet texnologiyalarını sınaqdan keçirmək üçün istifadə olunacaq peyk göndərib.

Çinin Sinxua agentliyinin məlumatına görə, peyk “Uzun Yürüş-2D” daşıyıcı raketi ilə ölkənin şimal-qərbindəki Ciuçüen Peyk Mərkəzindən buraxılıb.

Planlaşdırılan orbital mövqeyinə yerləşmiş peyk, genişzolaqlı internet bağlantılarının mobildən peykə ötürülməsi, yer və kosmik şəbəkələrin inteqrasiyası kimi peyk internet texnologiyalarını sınaqdan keçirmək və yoxlamaq üçün istifadə olunacaq.

Buraxılış "Uzun Yürüş" raketlərindən istifadə edilən 567-ci uğurlu faydalı yük missiyası idi.