08.04.2025
Digər
0
0
Cari ilin yanvar ayında Azərbaycana İrandan 887,2 ton miqdarında kərə yağı idxal edilib.
Kommersant.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc 5,5 milyon ABŞ dolları olub.
İrandan kərə yağının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 470,7 ton və ya 2,1 dəfə artıb.
Belə ki, ötən ilin ilk ayında Azərbaycana 416,5 ton miqdarında, 1,7 milyon ABŞ dolları dəyərində kərə yağı idxal edilib.
Qeyd edək ki, yanvarda Azərbaycana 10,7 milyon ABŞ dolları dəyərində 1,5 min ton kərə yağı idxal edilib.
Həmçinin, Azərbaycandan 6,7 milyon ABŞ dolları dəyərində 960 ton kərə yağı ixrac edilib.