USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən ay 19 aptekdə yoxlama aparılıb

08.04.2025 Digər
0 0
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin mart ayı ərzində 19 aptekdə yoxlama aparılıb.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə 8, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 17 aptekdə planlı, bir aptekdə plandankənar və bir aptekdə isə yoxlamadan kənar təftiş aparılıb.

"Yoxlamalar zamanı 7 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib", - deyə AEM-dən bildirilib.