2024-cü ildə keçirilən bütün imtahanların statistikasına nəzər salan şöbə müdiri markerlərin ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə həyata keçirdiklərini və onlara 1 milyon manatdan çox əməkhaqqı ödənildiyini söyləyib.
Kommersant.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.
Markerlərin yazı işlərinin qiymətləndirilməsi prosesində iştirak etmələrinin üstün cəhətlərini də vurğulayan A.Qasımov müəllimlərin qazandıqları təcrübəni məktəbdə sinifdaxili qiymətləndirmələrində, yoxlamaq istədikləri bacarıqlara uyğun mətn və tapşırıq tərtibetmə, şagirdlərinin göstəricilərini araşdırıb müqayisəetmə kimi fəaliyyətlərində tətbiq edə biləcəkləri və beləliklə fərdi inkişaf və bacarıqlarının təkmilləşdirilməsi üçün yaxşı bir imkan olduğunu da diqqətə çatdırıb.