İspaniya hökuməti katolik dünyasının ruhani lideri Papa Fransiskin vəfatından sonra üç günlük rəsmi matəm elan edib.
Baş nazirin müavini, ədliyyə və muxtar məclislər arasında əlaqələr naziri Feliks Bolanos mətbuata açıqlamasında “Böyük Papanın və yaxşı bir insanın ölümündən kədərlənirik” deyib.
Bolanos ölkə boyu üç günlük rəsmi matəm elan etdiklərini bildirib.
İspaniya və AB bayraqlarının yarıya endiriləcəyini və qara lentlər taxılacağını açıqlayan Bolanos, 88 yaşında vəfat edən Papa Fransiskin "humanist, həmrəy və islahatçı olduğunu, ədalətsizlik və bərabərsizliyə qarşı mübarizəsi ilə tanınacağını" qeyd edib.
İspaniyanın baş naziri Pedro Sançes de X öz hesabında yazıb: "Papa Fransiskin ölümündən kədərlənirəm. Onun sülhə, sosial ədalətə və ən həssas insanlara sadiqliyi dərin miras qoyur".
Hökumətdəki bütün nazirlər, parlamentdəki siyasi partiya liderləri və muxtar hökumət başçıları da Papanın vəfatı ilə bağlı başsağlığı mesajları göndəriblər.