USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının avtobus dayanacaqları yenilənəcək - 1,7 milyon manat ayrıldı

22.04.2025 Digər
0 0
Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonları quraşdırılacaq.

Kommersant.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) müvafiq işlərə yekun vurulub.

AYNA sözügedən işlərin icrasını "SMCS" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 1,7 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 88 500 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Mübariz Məhərrəm oğludur.