USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sürücülük vəsiqəsi ilə bağlı - VACİB XƏBƏR

29.04.2025 Digər
0 0
Bu ilin birinci rübündə Gürcüstanda 6 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.

Kommersant.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin rüblük hesabatında bildirilib.

Tbilisi və Kvemo Kartlidə qeydiyyatda olan həmin şəxslərin 4-ü kişi, 2-si isə qadındır. Qonşu ölkədə sürücülük vəsiqəsi əldə etmiş Azərbaycan vətəndaşları 17-29 yaş arasında olan gənclərdir.

Yanvar-martda qonşu ölkədə ümumilikdə 6 148 nəfər sürücülük vəsiqəsi alıb ki, onların da 81-i xarici ölkə vətəndaşıdır. Əcnəbilər arasında ən çox sürücülük vəsiqəsi verilənlər arasında ilk üçlükdə Rusiya (34 nəfər), Belarus (13 nəfər) və Hindistan (9 nəfər) vətəndaşları yer alıblar.