USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran problemi S.Ərəbistanı və Qatarı barışdırır?

04.06.2019 Siyasət
0 0
Ərəb liderləri zirvə toplantısını keçirmək məqsədilə Məkkədə görüşüblər. Tədbirdə İranla münasibətlərdə gərginliyin artması problemi müzakirəyə çıxarılacaq. Ərəb liderləri zirvə toplantısını keçirmək məqsədilə Məkkədə görüşüblər. Tədbirdə İranla münasibətlərdə gərginliyin artması problemi müzakirəyə çıxarılacaq.

"Kommersant.az" xəbər verir ki, bildirir ki, Fars körfəzi ölkələri hətta Qatarı belə bu sammitdə iştirak etməyə dəvət ediblər. Xatırladaq ki, iki il öncə Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir, Qatara qarşı blokada elan ediblər. Doha Səudiyyə Ərəbistanının göndərdiyi dəvəti qəbul etdi və 2017-ci ildən bəri ilk dəfə olaraq Qatar təyyarəsi SƏ-nın hava limanında yerə endi.

Blokadanın bitdiyini söyləmək olarmı?

“Qatarın dəvəti ölkələr arasındakı əlaqələrin yoluna düşməsi istiqamətində müsbət addımdır, lakin bunun əhəmiyyətini şişirtməməliyik”, – deyə “Rand Corporation” təşkilatının analitiki və mütəxəssisi qeyd edir.

“Səudiyyə Ərəbistanı hələ də Qatar təyyarələrinə ölkənin hava məkanından keçməyi qadağan edirlər. 27 may tarixində Ciddədə enmiş təyyarə istisna haldır, bunun əsas səbəbi Qatarın sammitdə iştirak etməsini təmin etməkdən ibarətdir”.

Qatar bu dəvəti tam səmimi qəbul edib. Qeyd edildiyi kimi sammitə ölkə başçısı deyil, baş naziri Abdullah bin Nasser bin Khalifa Al Thani iştirak edəcək. Yəni, ölkələr arasında olan rəsmi münasibətlər hələdə soyuqdur. Qatarın siyasi və iqtisadi blokadası ekstremizm və İranla olan əlaqələrlə bağlı olmuşdur. Qatar bu ittihamları rədd edir.

İrana qarşı birləşmək?

İrana qarşı vahid bir cəbhənin yaradılması barədə danışsaq, “İran təxribatını çətinləşdirən” bir neçə amil var. Məsələ ondandır ki, Fars körfəzi ölkələrinin yalnız bir hissəsi İrana qarşı çıxır. Buna baxmayaraq, neft tankerlərinə edilən hücumlar “bir çox ölkənin diqqətini çəkib, çünki quru yollar onların iqtisadi sağlamlığı üçün çox əhəmiyyətlidir”.

Fars körfəzi ölkələri bu hadisələrdə İranı günahlandırırlar.

ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton çərşənbə günü ərəb ölkələri ilə görüşmək üçün Abu-Dabi-yə gəlib. O, Tehrana qarşı fəaliyyət planını hazırlamağı düşünürdü. Vaşinqton regiona əlavə 1500 əsgər göndərəcəyini açıqladı. Ötən həftə ölkə Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyaya 8 milyard dollarlıq silah sataraq, konqresin razılığını əldə edə bilməyib.

Ağ ev müharibə elan etmək və ya rejimi dəyişmək niyyətində olmadığını dəfələrlə bildirib. İranın rəsmiləri bütün ittihamları çox “gülünc” hesab edərək, onları rədd edirlər.

Banker.az