USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisin plenar iclaslarının gündəliyi müəyyənləşib

23.10.2019 Siyasət
0 0
Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarının gündəliyi müəyyənləşib.

"Kommersant.az" xəbər verir ki, plenar iclasın gündəliyinə 11 məsələ daxil edilib.

İclasda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, Sosial müavinətlər haqqında” qanun layihələrinə, eləcə də Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda müzakirə ediləcək.